Onlayn ictimai-siyasi qəzet
Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əməli törədən şəxs – 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb: “Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı bulvarında bir gəncin park ərazisindəki kaktusun yarpaqlarını yandırmasını əks etdirən görüntülər yayılmışdı.
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ