İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulaq suyu adı ilə satılan kran suları... - VİDEO

Ev və ofis şəraitində ən çox istifadə edilən irihəcmli 19-20 litrlik sulara tələbat artdıqca, şirkətlər arasında istifadə halları da istisna edilmir.

Musavat.com xəbər verir ki, bu barədə "İctimai TV"nin süjetində deyilir.

Su filtrlərinin nisbətən baha başa gəlməsi vətəndaşların da bu seqmentə marağını artırıb.

Lakin, bəzən bazarda suyu ümumi şəbəkədən götürərək təmizləmədən satışa çıxaran şirkətlərə də rast gəlmək olar.

10 ildən artıq müddətdir ki, müxtəlif ölçülü qablaşdırmada su satışı ilə məşğul olan şirkətin direktoru Şair Hüseynzadə bildirib ki, müştəri məmnuniyyəti naminə nəinki qaynar xətt, hətda "online" ödəniş sistemi də istifadəyə veriblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə mütəmadi olaraq monitorinqlərin aparıldığı və aşkar olunan nöqsanlarla bağlı tədbirlər görüldüyü bildirilir.

Daha ətraflı materialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR