Onlayn ictimai-siyasi qəzet
“Spartak”ın keçmiş sahibi Leonid Fedunun həyat yoldaşı Zarema Salixova “Krasnodar”ın baş məşqçisi Murad Musayevin işi haqda danışıb.
Publika.az xəbər verir ki, Zarema “Sabah”ın baş məşqçisini ələ salıb.
“Krasnodar”da hər şeydən danışırlar, amma bunlar meydandakı nəticə ilə bağlı deyil. Bəzən özünüzü müdafiə etməli, səhvləri etiraf etməli və mövsümü xilas etmək üçün İviçi yenidən dəvət etməyə çalışmalısan. Ola bilsin ki, Musayev əla uşaq məşqçisidir, amma əsas komanda onu qəbul etmir.
Niyə “Krasnodar” onun soyunub-geyinmə otağındakı çıxışlarını göstərir və bununla da “kloun” emojisi toplayır? Futbolçular Musayevin sözlərinə tamamilə biganədirlər. Bütün bunlar İviçin komandaya aşılaya bildiyi hər şeyin tam atrofiyasıdır”, – Salixova “Sport24”ün müxbiri Andrey Babiçə müsahibəsində deyib.
RPL-in üç turundan sonra “Krasnodar” 3 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ