Onlayn ictimai-siyasi qəzet
"Ümid edirəm ki, ÜST-ə (Ümumdünya Səhiyyə Təşkilatı) qarşı beynəlxalq cinayət işi də açılar, “pandemiya” zamanı insan haqq və azadlıqlarını tapdaladıqlarına, dünyada iqtisadiyyatı çökdürdüklərinə, orta sinfin məhvinə çalışdıqlarına görə cəzalarını alarlar."
Musavat.com xəbər verir ki, bu sözləri REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli özünün facebook səhifəsində bildirib.
O, prezident Trampın prezidentlik səlahiyyətinə başladıqdan sonra verdiyi qərarı şərh edib.
N.Cəfərlinin statusunu olduğu kimi təqdim edirik:
"ABŞ-ın bu təşkilatdan çıxaması ÜST-ün nüfuzuna böyük zərbədir – təşkilat ya format olunaraq bir qrup manyaka deyil də, insanlara, bəşəriyyətə xidmət etməli, ya da tamamən ləğv edilməlidir.
REAL bu məsələni son 4 ildə daim gündəmə gətirən, prinsipial mövqe qoyan, araşdırma aparıb nəticələrini 50 səhifədən çox bir sənədlə dərc edən yeganə partiyadır (link şərhlərdə) – bu məsələdə də haqlı çıxmağımız, şəxsən məni, sevindirir.
Dünyada və məmləkətimizdə qaldırdığımız problemlərdə haqlı olduğumuzu görürük, amma təəssüf ki, həll istiqamətdində hökumətin addımlarını görmürük. Hökumət, hələ də, komfort zonasındadır, amma, dünyada baş verəcək dəyişikliklər onları bu zonadan çıxmağa məcbur edəcək - əsas da, Trampın yeni enerji, neft-qaz siyasəti hökumətə ciddi "discomfort" yaradacaq..."
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ