Onlayn ictimai-siyasi qəzet
Xərçəng xəstəliyi günümüzdə sürətlə yayılır. Yarım əsrdən çox tibb təcrübəsi olan türkiyəli həkim, professor Erkan Topuz bu xəstəliyin təbii yolla müalicəsi ilə bağlı mühüm məsləhətlər verib.
Musavat.com xəbər verir ki, Erkan Topuz xərçəng hüceyrələrini böyüdən əsas maddənin şəkər olduğunu ifadə edib.
Bəs xərçəngdən qorunmaq üçün hansı qidalardan uzaq durmaq, hansı qidaları qəbul etmək lazımdır?
Həkim bu xəstəliyin müalicəsində xüsusilə kələmin növlərindən istifadəni məsləhət görüb, balığın faydalarını vurğulayıb:
"Xərçəngin qarşısını almaq üçün ən vacib şey şəkər qəbulunu kəsməkdir. Xərçəngə daha çox şəkərli diabetdən əziyyət çəkən insanlarda rast gəlinir. Xərçəng hüceyrəsini qidalandıran şəkərdir. Qara şokolad yemək olar. Sobada balqabaq və heyva deserti bişirmək olar. Karbohidratlardan qaçmaq lazımdır. Çovdar, yulaf, arpa və tam buğda istehlak edilə bilər. Salatlar bizim üçün ən vacib şeydir. Ağciyər xərçəngi zamanı qara və qırmızı turp mütləq istehlak edilməlidir. Qırmızı kələm istehlak edilməlidir. Gilas, albalı və qara üzümün toxumları faydalıdır. Qəbizliyiniz varsa, mütləq bamya yeməlisiniz. Noxud ağrıları aradan qaldırır. Semizotu həftədə 2-3 dəfə istehlak edilməlidir. Gül kələmi həftədə iki dəfə istehlak edilməlidir. Şəkərsiz zoğal suyu və ağ kələm ən böyük müalicədir. Kapuska kimi istehlak edin. İki şorba əvəzolunmazdır: brokoli şorbası və nanəli qatıq şorbası mütləq yeyilməlidir. Fındıq və qoz qanundur. Gündə bir ovuc istehlak edilməlidir. Balıq bizim üçün çox faydalıdır. İstədnilən qədər kənd toyuğu, ördək, qaz, hinduşka yeyilə bilər. Keçi südü faydalıdır".
Bəs professor özünü xərçəngdən qorumaq istəyən insanlara və ya xərçəng xəstələrinə hansı qidaları tövsiyə edir?
"Soğanın tərkibində quercetin maddəsi var. Bu, xərçəngin ən böyük silahıdır. Soğanı qabığı ilə bişirin. Quercetin qidaya keçir. Pomidor mövsümünə uyğun yeyilməlidir. Bir stəkan konservləşdirilmiş pomidor suyu içməlisiniz. Alma qabığı da quercetin ehtiva edir. Diabet xəstələri yaşıl alma yeməlidir. Qara gavalı xərçəngə qarşı ən böyük silahlardan biridir. Avokado xərçəngə qarşı əla silahdır. Həftədə ən azı 3 dəfə yemək lazımdır. Banan qabığı da müalicəvidir. Tərkibində melotonin maddəsi var. Xərçəngə qarşı mübarizə aparır. Banan qabığını salatlarınıza əlavə edə bilərsiniz" - həkim qeyd edib.
Erkan Topuz öz rutinindən də söz açıb:
"15-20 ildir ki, sarıkök istehlak edirəm. Zeytun yağına mütləq 3 çay qaşığı sarıkök, qara istiot və limon əlavə edirəm. Hindistanda xərçəng nisbəti aşağıdır. Hər kəs hər gün bir çay qaşığı sarıkök istehlak edir".
Həkim "Xərçəng xəstələrinin ət istehlak etməsi zərərlidirmi?" sualına isə belə cavab verib:
"Xərçəng xəstələri qırmızı ətdən nisbətən uzaq durmalıdırlar. Həftədə 3 küftə yeyə bilərsiniz. İçalatların tez-tez istehlakı böyrəklərə zərər verə bilər. Bu zaman sidik turşusu yığılır".
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ