İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarixlərdə iş olmayacaq

Azərbaycanda mart ayında ümumilikdə 18 gün iş olmayacaq.

Musavat.com xəbər verir ki, Novruz bayramı ilə əlaqədar olaraq, 20, 21, 22, 23, 24 mart tarixləri qeyri-iş günü elan edilib.

Bu dövr ərzində 22 və 23 mart şənbə və bazar günü olduğu üçün, əlavə olaraq 25 və 26 mart da tətil günləri hesab ediləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, bəzi qeyri-iş günlərinin yeri dəyişdirilib. Beləliklə, 27 və 28 mart tarixləri də iş günü olmayacaq, çünki 10 mart və 1 aprel günləri ilə yer dəyişdirilib.

Eyni zamanda, 31 martda Ramazan bayramı qeyd olunduğu üçün həmin gün də qeyri-iş günü sayılacaq.

Bundan əlavə, mart ayında 1-2, 8-9, 15-16 və 29-30 tarixləri də həftəsonlarına təsadüf edir. Bu səbəbdən, mart ayında iş günü olmayan ümumi gün sayı 18-ə çatacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR