İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, sülh müqaviləsi olmayacaq" - Ağacanyandan ŞOK açıqlama

“Azərbaycan Qarabağla danışıqlar aparmayacaq, çünki bu, onu tanıması demək olacaq”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan erməni telekanalında deyib.

“Azərbaycan hətta “Dağlıq Qarabağ” ifadəsini işlətməyə belə ehtiyac görmür. Əvəzində Rusiya sülhməramlılarının yerini bildirir. Və bu halda onların Qarabağla bərabər tərəf kimi danışıqlara razılaşacaqlarını düşünmək sadəcə absurddur.

Bunlar sadəcə olaraq hakimiyyətin cəmiyyətdə sakitliyi saxlamaq, təhlükə səviyyəsini azaltmaq üçün istifadə etdiyi söhbətlərdir. Azərbaycan bununla razılaşmayacaq, çünki bu, onun Qarabağı tanıması demək olacaq”, – deyə o, bildirib.

Ağacanyanın sözlərinə görə, sülh müqaviləsi ilə bağlı müzakirələrdə erməni tərəfinin problemlərinin həlli yoxdur.

“Onların mehriban qonşuluq münasibətləri qurmaq istədiklərinə inanmağa imkan verən elə bir addım yoxdur. Bu halda hansı sülhdən danışmaq olar? Bəli, tələskənlik problemi var. Çünki region dəyişir, camaatımızın səbri tükənir və bunu başa düşürlər. Sülh müqaviləsi olmayacaq, nəsə bizim rüsvayçılığımızla bağlı sənəd olacaq”, – Ağacanyan deyib.

O, Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməsi məsələsindən də danışıb.

“Əgər Qərb həqiqətən də regionda münasibətlərin tənzimlənməsi məsələsinin müzakirə olunduğu mühit yaratmaq istəsə, o zaman razılıq olacaq. Yoxsa, bu o demək olacaq ki, sözdə bir şey deyilir, əməldə başqa bir şey edilir. Biz onlara deyə bilərik: əgər bu bəyanatlar sizin yanaşmanızdırsa, onları düzəldin. Düzəldin ki, Qarabağ erməniləri növbəti “soyqırım” təhlükəsi ilə üzləşməsin”, – deyə Ağacanyan sərsəmləyib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR