İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər mütləq tibbi yoxlanışdan keçsinlər - Həftəlik BÜRC proqnozu

Bu həftə bürcləri olduqca hərəkətli günlər gözləyir. Həm maddi, həm də sevgi baxımdan bəzi dəyişikliklər baş verə bilər.

BAKU.WS xarici mətbuata istinadən həftəlik bürc proqnozunu sizlərə təqdim edir:

Qoç

Qoçlar və yüksələni Qoç bürcü olanlara bu həftə xüsusilə ev, hobbi və şəxsi həyatları ilə bağlı sahələrdə xərclərinə diqqət yetirmək məsləhətdir. Sonradan "Kaş ki" demək istəmirsinizsə “Sevgilim, dostum” deyib pulunuzu səpələməyin.

Buğa

Buğalar və yüksələni Buğa bürcü olanlar: Əmlak məsələlərində aktiv olacaqsınızsa, bu həftənin doğru zaman olduğunu demək olar, amma bu yeni ay həm də iqtisadi baxımdan daha diqqətli olmanız lazım olduğunu bildirir. Biri ilə pul haqqında danışmaqdan qorxmayın.

Əkizlər

Əkizlər və yüksələni Əkizlər bürcü olanlar: Bu həftənin əsas mövzusu bacı-qardaşlarınız və yaxın ətrafınız olacaq. Əgər belə insanlarla iqtisadi münasibətiniz varsa, bu həftələrdə verəcəyiniz qərarlarda diqqətli olun. Borc götürməyin və borc verməyin. İndi öz iqtisadiyyatınız haqqında düşünməyin vaxtıdır.

Xərçəng

Xərçəng və yüksələni Xərçəng bürcü olanlar: Bu həftə maliyyə məsələlərində ən çox udmaq və itirmək riski altında olan bürclərdən birisiniz desək, şişirtmiş olmaq. Odur ki, tədbir görmək lazım olanda, nə olursa olsun, bu barədə çox götür-qoy etməlisiniz.

Şir

Şir və yüksələni Şir bürcü olanlar: Bu həftə özünüzlə bağlı vacib və gözəl yeniliklər baş verə bilər. Çox tələsik veriləcək şəxsi qərarlardan uzaq durduğunuz müddətcə yaxşı bir həftə keçirəcəksiniz.

Qız

Qız və yüksələni Qız bürcü olanlar: Bu həftə özünüzlə tək qalıb pessimist ola bilərsiniz. Xüsusilə borc və bu kimi məsələlərdə birə min əlavə etməklə özünüzü doldurmağınız mümkündür. Nə olursa olsun, sağlam düşündüyünüzə əmin olana qədər sıçrayışlar etməyin.

Tərəzi

Tərəzi və yüksələni Tərəzi bürcü olanlar: Bu həftə özünüzü çox daha sosial mövqedə hiss edə bilərsiniz və bu sosial vəziyyətdə onsuz da açıq olan əliniz daha da açıla bilər. Özünüzü bir qəpiksiz tapa bilərsiniz. Ona görə də bu həftə yorğanınıza görə ayaqlarınızı uzatmalızınız.

Əqrəb

Əqrəblər və yüksələni Əqrəb bürcü olanlar: Bu həftə karyera və əmək məsələlərində bir qədər hərəkətlilik əldə edə bilərsiniz. Hazırkı işinizdə dəyişik və ya yüksəliş ola bilər. Özünüzü fürsətlərə açmaq yaxşı fikirdir. Pul məsələsində bir az daha səbirli olmalısınız.

Oxatan

Oxatan və yüksələni Oxatan bürcü olanlar: Bu həftə uzunmüddətli planlar quracaqsanız və xüsusən də bu planlar maddi xarakter daşıyırsa, daha diqqətli olmalısınız. Amma söhbət təhsildən gedirsə, bu qərarları verməkdən çəkinməyin. Xüsusilə bu həftə sizi daha azad edəcək hadisələrə özünüzü həsr etməyiniz faydalı olardı.

Oğlaq

Oğlaqlar və yüksələni Oğlaq bürcü olanlar: Bu həftə ortaq gəlirlər və ya həyat yoldaşınızın pulu ilə bağlı məsələlər haqqında danışmaq faydalıdır. Belə ki, gələ biləcək ortaq iş təkliflərində maddi cəhətdən istismar olunmayacağınıza əmin olun.

Dolça

Dolça və yüksələni Dolça bürcü olanlar: Bu həftə ikitərəfli münasibətlərdə çox xoş keçsə də, digər tərəfdən sizi bir az əsəbiləşdirə biləcək yeniliklər yaşamağınız da mümkündür. Bu səbəbdən deyərdim ki, bacardığınız qədər münasibət quracağınız adamın çıxışlarına qulaq asın və impulsiv şərhlər verməyin. Yaxşı olar ki, maliyyə məsələlərinə qarışmayın.

Balıqlar

Balıqlar və yüksələni Balıqlar bürcü olanlar: Bu həftə özünüzü bir az işin içində tapa bilərsiniz. Bundan əlavə, sağlamlıqla bağlı daha stabil gələcək üçün keçməli olduğunuz testlər və müayinələr varsa, onların edilməsi yaxşı olardı. Bu həftə maliyyə məsələlərində iş yoldaşlarınızla münaqişəyə düşməməyə çalışın.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR