İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu şəhərdə”dən tənqidlərə cavab: “Dünyagörüşləri o səviyyədə deyil”

“Tamaşa deyildi, rəqs idi. Tam versiyasına baxan, zalda olan tamaşaçıların çox xoşuna gəldi. Kimsə onun balaca hissəsini kəsir qoyur və axıra kimi yerləşdirmirsə, anlaşılmazlıq olur. Tənqid edən kütlə var ki, onların başqa işi-gücü yoxdur"

Bu sözləri “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, sözügedən “tamaşa” rəqsin bir parçası olub:
“İnsanların dünyagörüşü o səviyyədə deyil ki, anlasınlar ki, bu flaşmob idi, rəqs idi. Rəqsin əvvəli idi. Konsert efirə veriləndə, yutuba qoyulanda hər kəs görəcək ki, bu rəqsin bir hissəsi idi və əylənmək üçün qurulmuşdu. Ondan sonra kim istəyər tənqid edər, kim istəyər tərif edər. Dünənki hava şəraitinə baxmayaraq zal dolu idi, tamaşaçılar konsertdən razı getdi”.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR