Onlayn ictimai-siyasi qəzet
Avqustun 13-də Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, araşdırmalarla yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Z.Məmmədov məsuliyyətə cəlb olunub.
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ