İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qüvvələr Ermənistandan maşa kimi istifadə edir - millət vəkili

Sərhəddə baş verən təxribat bir daha onu deməyə əsas verir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də arxasında duran qüvvələrin, açıq mətnlə söyləsək, Fransa, ABŞ və digər qüvvələrin regionda sülhün əldə edilməməsi üçün məkrli siyasətinin icrasını həyata keçirir. Bütün bu təxribatlar Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin müzakirəsinin uzadılmasına və bölgədə dayanıqlı sülhün əldə olunmamasına hesablanıb.

Bu fikirləri Musavat.com-a millət vəkili Vüqar İskəndərov deyib.

O bildirib ki, bir qrup təxribatçı jandarm Fransa və digər qərbyönümlü keçmiş hərbçilər, xüsusi xidmət orqanlarının əməkdaşları artıq Ermənistana yerləşiblər:

vuqariskenderov6.jpg (42 KB)

“ABŞ-ın rolunu da qeyd etməliyik. Onların təlimatçıları Ermənistan hərbçilərini guya bu və ya digər formada hazırlamaqla məşğuldurlar. Bu qüvvələr mütəmadi olaraq Azərbaycan-Ermənistan şərti sərhədinə gəlib binoklla nəzarət edərək beynəlxalq aləmdə guya Azərbaycan tərəfinin hər hansı eskalasiyaya hazırlaşmasını və ümumiyyətlə, hər hansı təxribatı izlədiklərini göstərmək istəyirlər. Bununla da qərb institutlarına, məkrli qüvvələrə stimul verməyə çalışırlar ki, Azərbaycan təxribat hazırlayır. Əksinə, ötən gün baş verən hadisə göstərdi ki, bu qüvvələr Ermənistandan maşa kimi istifadə edir. Bununla da bölgədə daimi sülhün olmamasına çalışırlar. Təbii ki, Azərbaycan dövləti XİN vasitəsilə təxribatı kəskin qınayan bəyanat verdi. Azərbaycan ordusu da müvafiq cavabı verdi. Rəsmi Bakı dəfələrlə tutarlı cavab verib. Cənab Prezident yerli telekanallara müsahibəsində bildirmişdi ki, Ermənistan yenidən xam xəyallara düşsə, Azərbaycan tərəfindən kəskin cavab olacaq. Müharibə, təxribat, eskalasiya məsələləri keçmişdə qalıb. Biz yeni səhifə açmalıyıq. Bölgəyə inkişaf, sülh, tərəqqi gəlməlidir. Azərbaycan bunun üçün bütün lazımi addımları atır. Ermənistan və havadarları unutmasınlar ki, Azərbaycan belə təxribatlara tutarlı cavab verəcək. Avropa İttifaqının missiyası və ABŞ, Fransa kimi vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr heç nəyə nail ola bilməyəcəklər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR