Onlayn ictimai-siyasi qəzet
“Hər bir mübahisə ilə bağlı məhkəmə prosesi hakimdə bir iz buraxır. Çünki hakimlərin çıxardığı qərarlar insan taleyinə təsir edir və bir hakim kimi biz bunun məsuliyyətini anlayırıq. Mən həm inzibati, həm mülki, həm də kommersiya kollegiyalarına hakim kimi fəaliyyət göstərmişəm. Qeyd edə bilərəm ki, hər sahənin həm mənəvi, həm də hüquqi baxımdan özünəməxsus çətinlikləri mövcuddur”.
Musavat.com xəbər verir ki, bu barədə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təsis edilən Femida TV-yə Ali Məhkəmənin hakimi Aida Hüseyn deyib.
Hakim çıxışında araşdırdığı maraqlı məhkəmə işlərindən birinə toxunub:
“Apellyasiya instansiya məhkəməsində işləyərkən bir mülki işə baxırdıq. Birinci instansiya məhkəməsi uşaqları atanın himayəsinə vermişdi və ana həmin qətnamədən apellyasiya şikayəti vermişdi. Məhkəmədə qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığına görə uşaqların dinlənilmə hüququ da təmin edildi və onlar israrla ataları ilə qalacaqlarını bildirdilər. Ananı istəmədilər. Məhkəmə prosesində biz çox çalışdıq ki, bəlkə uşaqlarla ananın münasibətinin düzəldilməsi istiqamətində kömək edək. Mümkün olmadığına görə qətnaməni qüvvədə saxladıq. Bu proses mənə bir hakim, bir ana kimi çox pis təsir etmişdi”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ