İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkəyə BÖYÜK ŞOK - Hərbçilər pusquya salındı, 51 əsgər öldü

Qərbi Afrika ölkəsi olan Burkina Fasoda terror aktları davam edir.

Musavat.com xəbər verir ki, Burkina Fasonun Mali ilə sərhədində yerləşən Sahel bölgəsindəki Oudalan vilayətində ötən cümə günü əsgərlər terrorçular tərəfindən pusquya salınıb.

Bu barədə ordu açıqlama yayıb. Açıqlamada bildirilib ki, əsgərlərin terrorçular tərəfindən pusquya salınması nəticəsində 51 əsgər həlak olub. Hücumun hansı təşkilat tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

Həmçinin Burkina Faso hərbçilərinin hava hücumu ilə 160-a yaxın terrorçunu zərərsizləşdirdiyi bildirilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR