Onlayn ictimai-siyasi qəzet
Tailandın Lopburi şəhərinin sakinləri meymunların işğalı problemini referendumla həll edəcəklər. Seçki nəticələrinə görə şəhərin tarixi mərkəzindəki primatların icazə verilən sayını müəyyən edəcəklər.
Bu barədə əyalətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səsvermə iştirakçıları sentyabrın 9-dək sorğu anketlərini doldurmalı və minlərlə makakanın şəhər şəraitində yaşamasının problemlərini, eləcə də nəticələrini təsvir edən 12 suala cavab verməlidirlər.
Lopburi bələdiyyəsinin başçısı Çamrin Salaçip hesab edir ki, Prasamyot və Frakan məbədləri kimi memarlıq abidələri olan ərazidə yüzdən çox makaka yaşamamalıdır.
Lopburi səlahiyyətliləri, Milli Parklar, Vəhşi Təbiət və Bitki Mühafizəsi Departamentinin mütəxəssisləri ilə birlikdə iyun ayında böyük bir əməliyyat keçirərək, şəhərdə yaşayan 3 mindən çox meymunun 1,2 minini tutub xüsusi sığınacaqlara yerləşdiriblər. Lakin sonra makakaların tutulması müvəqqəti olaraq dayandırılıb, çünki onlara qulluq ayda təxminən 21 min dollara başa gəlir./Lent.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ