Onlayn ictimai-siyasi qəzet
Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Buenos-Ayres əyalətinin polisi məlumat yayıb.
Qeyd edilir ki, daşqınlardan zərər çəkmiş liman şəhəri Baiya-Blanka şəhərində ölənlərin sayı artıb. Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilir.
Evlər və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib.
Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş şəhərə baxış keçirib.
Yerli medianın məlumatına görə, şəhərdə təxliyə edilənlərin sayı 900-ü keçib.
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ