İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Putinə dəstəyi artırıb - ABŞ kəşfiyyatı

Çinin Rusiya ilə iqtisadi əlaqələri Ukrayna müharibəsinə görə Qərbin Moskvaya tətbiq etdiyi sanksiyaları zəiflədir.

Musavat.com Novator.az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının iyulun 27-də açıqladığı hesabatda belə deyilir.

Bildirilir ki, 2022-ci ilin fevralında prezident Vladimir Putin Ukrayna ilə total müharibəyə başlayandan Çin Rusiyanın daha mühüm iqtisadi tərəfdaşına çevrilib. Qeyd olunur ki, Pekin Moskvaya müxtəlif formalarda dəstək verir və həmin mexanizmlər sayəsində Qərbin iqtisadi sanksiyalarının təsiri, o cümlədən Rusiyadan ixraca nəzarət zəifləyir.

ABŞ kəşfiyyatının məxfi hesab edilməyən hesabatını Demokratlar Partiyasından olan konqresmenlər açıqlayıblar.

Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkədir. 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edəndə dünya birliyi (ABŞ və Avropa başda olmaqla) Rusiyaya üç minə yaxın sanksiya qoymuşdu. 2022-ci il fevralın 24-də Ukraynaya qarşı total müharibəyə başlayandan Rusiyaya tətbiq olunan sanksiyaların sayı 13 mini ötüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR