İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu müharibə danışıqlar masası arxasında bitəcək”- NATO baş katibi

“NATO Ukraynanın suveren və müstəqil Avropa dövləti olaraq qalmasına kömək etmək istəyir”.

Azpost.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O, Ukraynadakı hərbi münaqişənin danışıqlar yolu ilə həll olunacağına inandığını bildirib.

Baş katib Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarı olduğunu da qeyd edib: “Çox güman ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Biz Ukraynanın mövqeyinin mümkün qədər güclü olmasını təmin etmək üçün məsuliyyət daşıyırıq. Bunun ən yaxşı yolu güclü hərbi, iqtisadi dəstək vermək və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etməkdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR