İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu məsələ heç bir halda müzakirə obyekti olmayacaq” - Arzu Nağıyev

“Rusiyanın Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ keçirmək istəyi təbiidir. Çünki bu gün məhz Rusiya-Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyalar və digər qadağalar Rusiyanın alternativ logistik daşınmaları üçün yolları araşdırması vacibdir. Bu yol da məhz Cənubi Qafqaz, əsasən də Azərbaycanla bağlıdır”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

O qeyd edib ki, Rusiya Gürcüstanla hava yolu vasitəsilə nəqliyyatı bərpa etsə də, əsas məsələ quru yoldur:

“Buna görə də Rusiya israrla əvvəlcə baş nazirlərinin müavinləri səviyyəsində müzakirələr aparıb hazır, bir materialı təqdim etmək istəyir”.

Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtaşırı istinad etdiyi 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə gəldikdə, A.Nağıyev bildirib ki, bu məsələ artıq danışıqlar predmeti deyil:

“Söhbət 1991- ci il Almatı sənədindən gedir və həmin 86.6 min kvadrat kilometr ərazi də ona aiddir”.

N.Paşinyanın açıqladığı orduların güzgüvari şəkildə geri çəkilmə məsələsindən bəhs edən deputat qeyd edib ki, bu məsələ heç bir halda müzakirə obyekti olmayacaq:

“Gələcəkdə sərhədlər delimitasiya və demarkasiya olunduqda, bütün beynəlxalq norma və standartlara uyğun sərhəd qurulacaq. Sülh müqaviləsinin imzalanmasından sonra müəyyən korrektələr edilə, yəni razılaşdırıla biləcək variantlar üzərində işlər gedə və müzakirələr aparıla bilər. Vaxtilə Ermənistana otlaq və digər örüş sahələri kimi verilən və hazırda geri qaytarılan əraziləri anklav kimi təqdim etmək heç bir beynəlxalq normaya sığmır və düşünürəm ki, bu ərazilər müzakirə obyekti ola bilməz. Bu haqda BMT-nin tribunası səviyyəsində tərəfimizdən bəyan edilib ki, təkcə anklavlar deyil, Qazax istiqamətindəki kəndlər də, - baxmayaraq ki, ermənilər razı deyillər - Kərki kəndi də geri verilməlidir. Və burada mübadilədən söhbət getmir və hazırda bu, müzakirə obyekti ola bilməz. Çünki Kərki kəndi 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub. Kərki ən strateji obyektlərdən biridir, daşınmalar üçün çox əlverişlidir və ermənilər ciddi-cəhdlə onu əllərində saxlamaq istəyirlər. Yəni bütün yollar Azərbaycan tərəfindən nəzarətdədir. Gorus-Qafan yolunda artıq postumuz var, Kərki yolu isə hazırda Ermənistanın nəzarətindədir və burada İranın da özəl marağının olduğu faktdır, məhz buna görə də Kərkini verməkdən imtina edirlər. Buna baxmayaraq, qərarı tək Ermənistan və ya onun havadarları vermir, burada beynəlxalq maraqlardan söhbət gedir. Ermənistanda da bunu yaxşı başa düşürlər...”

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR