İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu marşrut xətti “BakuBus”a verildi - FOTO

Nardaran qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edən 189 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub.

Məlumata görə, yanvarın 16-dan bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edək ki, 189 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Nardaran qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.

1673603346_8fff3f71-83dd-37cb-abcd-b8e9c7aed17e.jpg (1.46 MB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR