İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu markalardan uzaq durun - Nazirlik 42 məhsulu açıqladı

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi saxta və sağlamlığa zərərli olan 42 qida məhsulunun adını açıqlayıb. 

Nazirlik vətəndaşlara bu məhsullardan uzaq durmaları üçün xəbərdarlıq edib. Rəsmi internet səhifəsində yayımlanan siyahıya əsas qida məhsulları - bal, qatıq, pendir, kərə yağı və bitki yağları daxildir. Açıqlamaya görə, bəzi məhsullarda tərkibində qadağan olunmuş maddələr aşkarlanıb, digərlərində isə istehlakçını aldadacaq şəkildə saxtalaşdırma faktları müəyyən edilib.

İstanbulun Bayrampaşa qəsəbəsindəki bir restoranda satışa çıxarılan lahmacun qarışığında toyuq ətinin olduğu müəyyən edilib. Halbuki bu qarışığın tərkibində belə bir məhsul olmamalı idi.

Zeytun yağı istehsal edən 15 şirkətin məhsullarında isə keyfiyyətsiz toxum yağı ilə qarışdırma faktı qeydə alınıb. Bu cür halların istehlakçını aldatdığı və məhsulun orijinallığını şübhə altına aldığı bildirilir.

İzmirin Dikili bölgəsində fəaliyyət göstərən bir firmanın istehsal etdiyi bitki yağının tərkibində isə qidada istifadəsi qadağan olunmuş sintetik boya aşkarlanıb.

Nazirlik vətəndaşlara səslənərək bu məhsullardan uzaq durmağı, alış-veriş zamanı diqqətli olmağı və yalnız etibarlı mənbələrdən ərzaq məhsulları almağı tövsiyə edib.

Həmin markalar bunlardır/Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR