İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il ƏƏSMN-nin qurumları 11 beynəlxalq mükafatla təltif olunub

Dünya Sosial Təminat Forumu: Azərbaycanda son illər aparılan sosial islahatlar beynəlxalq səviyyədə qabaqcıl dünya təcrübələri kimi qəbul edilir

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu Azərbaycanda son illər aparılan, innovativ həllərin geniş tətbiqinə, müasir yanaşmalara əsaslanan sosial islahatların beynəlxalq qurumların maraq dairəsində olduğunu və bu islahatların artıq beynəlxalq səviyyədə qabaqcıl dünya təcrübələri kimi qəbul edildiyini təsdiqlədi.

Musavat.com xəbər verir ki, Forumda Beynəlxalq Sosial Təminat Assosiasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki qurumunu - Dövlət Sosial Müdafiə Fondunu “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə və DOST Agentliyini “Xidmət keyfiyyəti” meyarı üzrə olmaqla ümumilikdə üç Mükəmməllik Sertifikatı ilə mükafatlandırdı.

Həmçinin DSMF və DOST Agentliyi ölkəmizin BSTA-nın Tanınma Proqramından keçən və proqramı uğurla tamamlayan ilk qurumları oldu.

Bu nailiyyətlər 2022-ci il ərzində nazirliyin əldə etdiyi ardıcıl beynəlxalq uğurların davamıdır. Təkcə bu il nazirliyin qurumları 11 beynəlxalq mükafata sahib olub, o cümlədən:

Dövlət Sosial Müdafiə Fondu:

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı
Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı

DOST Agentliyi:

Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı”
Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı,
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı
ilə təltif ediliblər.

Bu mükafatların təqdim edilməsinin əsasında ölkəmizdə aparılan sosial islahatlar, effektiv idarəçilik, xidmətlərin keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, vətəndaş məmnunluğuna yönələn proaktiv xidmətlər, çevik və şəffaf rəqəmsal mexanizmlərin tətbiqi dayanır.

Həmçinin Nazirliyin qurumlarına 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatı da təqdim edilib.

Beynəlxalq təşkilatlar bu kimi qabaqcıl təcrübələrin digər ölkələrdə də genişlənməsində maraqlıdır. Forum zamanı BSTA tərəfindən Azərbaycanın DOST təcrübəsinin təşkilatın platforması üzərindən digər ölkələrdə tətbiqi üçün qurumun beynəlxalq səviyyəli vebinar, seminar və konfranslara cəlb ediləcəyi vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR