Onlayn ictimai-siyasi qəzet
2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılıb.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında qeyd edilib.
Geniş kollegiya iclası zamanı bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ