İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu hadisə 7 ölkəyə təsir etdi: İnsanlar panika içində - ANBAAN VİDEO

Ötən gecə Türkiyənin vilayətinin Defne və Samandağ rayonlarında baş verən ardıcıl iki zəlzələnin fəsadları davam edir.

Musavat.com xəbər verir ki, AFAD-ın məlumatına görə, yerli saatla 20.04-də baş verən 6.4 bal gücündə zəlzələdən sonra 90 afterşok baş verib ki, onların da ən böyüyü 5.8 maqnitudalı olub.

Zəlzələ nəticəsində 6 nəfər həyatını itirib, 18-i ağır olmaqla 294 nəfər yaralanıb.

Hatay mərkəzli zəlzələ təkcə Türkiyədə deyil, İordaniya, İraq, Fələstin, İsrail, Suriya, Livan və Misir daxil olmaqla 7 ölkədə hiss olunub.

Livanda insanlar küçələrə çıxaraq boş yerlərə toplaşıblar. Zəlzələdən sonra paytaxt Beyrutun bir çox məhəlləsində insanlar evlərini tərk edib. Xüsusilə şəhərdə köhnə tikililərin olduğu Tarik el-Cedid və Dahiye məhəllələrində yaşayanlar panikaya düşüb.

Misir, İraq və İsraildə hiss olunan zəlzələdən sonra hökumət ictimaiyyəti panikaya düşməməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR