İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu günə qədər 6 mindən çox tələbə təhsil krediti alıb

Hazırda yaz sessiyası üzrə təhsil tələbə kreditinin verilməsi davam edir. Bu günə olan məlumata görə kredit alan tələbələrin sayı 6 mindən çoxdur.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir müavini qeyd edib ki, ilin sonunda kredit alan tələbələrin sayı 20 minə yaxın olacaq. O əlavə edib ki, Azərbaycanda tələbələr təqaüd sistemi ilə də əhatə olunur və tələbələrin təxminən 50 faizi təqaüd alır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR