İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Xırdalanda baş verən yanğının riyazi sirləri

Dr. Paşa Yaqub Xırdalanda baş verən yanğınla bağlı geniş araşdırma apararaq hadisəni bəzi riyazi qanunauyğunluqlarla əlaqələndirib.

O, kainatın fundamental prinsipləri ilə müqəddəs rəqəmlər arasındakı əlaqəni izah edərək, yanğının baş verdiyi tarix və məkanın simvolik mənalarını araşdırıb. 

Musavat.com həmin yazını təqdim edir: 

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.

Xəbər verildiyi kimi, bu gün (3 mart) Xırdalanda AAF yaşayış kompleksində “Faxralı” adlı restoran yandı. İlk baxışdan təsadüfü görünən bu hadisədə ciddi riyazi qanunauyğunluqlar vardır və bu qanunauyğunluqlar Quran rəmzi olan 114 ədədi ilə özünü biruzə verir. Odur ki, əvvəlcə 114 ədədinin hikmətinə birlikdə nəzər salaq:

Sual yaranır: müqəddəs kitab niyə məhz 114 surədə nazil oldu? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın elmi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur:

Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;

Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:

7 + 286 + 200 + 176 = 669

Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.

Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar:

129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555

Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır.
(Yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsidir)

Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir.

Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:

"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6

Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Ramazan ayında (Qədr gecəsində)vəhy olunan Quran ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir.

Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir (yeri gəlmişkən, bu qanunauyğunluğu sübut edən yuxarıdakı düsturun özü də insan beyninin məhsulu deyildir...).

114 ədədinin hikmətini biləndən sonra, indi qayıdaq Xırdalanda baş verən yanğının bu ədəd altında baş verməsinə. Elmi-lədun hesablamalarımız göstərir ki, bugünkü yanğın daha əvvəl baş vermiş faciəvi hadisələrə 114 ədədi ilə bağlanır. Bu da sübut edir ki, baş verən bütün faciələr pərakəndə deyil, xüsusi qanunauyğunluğa tabe olmaqla, Allahdan gələn kodlaşdırılmış xəbərdarlıqlardır. Bunu aşağıdakı hesablamalardan aydın görmək our:

1) Xatırladaq ki, noyabrın 12-də Gəncədə bir neçə sərnişinin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş verdi. Bu gün həmin qəzanın 114-cü (!) günüdür.

2) Bu gün həmçinin, iyulun 22-də Azərbaycanda baş verən və insanları həyəcana salan 5 ballıq zəlzələnin 228-ci günüdür ki, bundan da 114 çıxsaq, yenə də Quran rəmzi görünür və hadisələrin Allahın elminə (Kitabına) tabe olmaqla, xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edir:

228 – 114 = 114

3) 07.12.2023 tarixdə baş verən və Bakı əhalisinə həyəcan yaşadan 5,6 bal zəlzələnin 456-cı günüdür ki, bu da Quran rəmzinin dörd mislidir:

456 – 114 – 114 – 114 = 114

4) Bu gün həmçinin, 21.04.2023 tarixli astronomik xəbərdarlığın (Günəş tutulmasının) 684-cü günüdür ki, bundan da Quran rəmzini çıxsaq, yenə də surələrin sayı görünür və verdiyimiz xəbərin Allahdan olduğunu bir daha təsdiq edir:

684 – (114+114+ 114) = (114+114+ 114)

5) Və nəhayət, bu gün 05.05.2023 tarixli Günəş tutulmasının 669-cu günüdür ki, bundan da yuxarıda qeyd etdiyimiz 555 ədədini (tövbə rəmzini) çıxsaq, yenə də Quran rəmzi olan 114 ədədi alınar və diqqətimizi tövbə edib, Yaradanın qanunlarına tabe olmağın vacibliyinə yönəldər:

669 – 555 = 114
Və s

NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, AAF Park yaşayış kompleksindəki restoranda baş verən yanğın təsadüfü olmayıb, zülm etməkdə, biri-birinə böhtan atıb yalandan üzə durmaqda... həddi aşan millətimizə və onların bu və digər günahlarına şərait yaradan məmurlara Allahdan ciddi xəbərdarlıqdır! Sizə verilən nemətlərə görə Yaradanınıza şükr edin. Nə qədər gec deyil, tövbə edib, doğru yola qayıdın! Az öncə gözlərinizin önündə Dünyanın ən güclü dövlətinin şəhərlərini Allah bir anda yandırdı, yerində külü qaldı. Hansı ki, o yanan şəhərlər Azərbaycandan daha böyük, əhalisi sizdən daha imkanlı idi. Onlar (Allah yağış yağdırana qədər) qarşısını ala bilmədilərsə, sizmi alacaqsınız? Dildə Allaha, Qurana, Ramazana... inandığınızı deyib, əməldə biri-birinizin üzünə durub, şərləyib, balalarını ağlar qoyursunz; haram yeyib, zina edirsiniz... əməllərinizdən Allahı xəbərsizmi sanırsınız?! Nuh qövmünün, Lut qövmünün, Saleh qövmünün... bu kimi günahlarına görə suya qərq edən, başına qaynar daş yağdıran... Allahın sizə gücü çatmayacağınımı zənn edirsiniz?! Yanılırsınız! Görmürsünüzmü ölkənizə gələn hər bir bəla (avtobus qəzası, yanğınlar...) hamısı Allahın kitabına (114), elminə bağlıdır?! Allah bunları (bəlaları) yavaş-yavaş edir ki, bəlkə içinizdə ibrət alanlar, yoluna qayıdanlar ola. Amma, çoxunuz nəinki ibrət almırsınız, əksinə, daha çox pozğunluq edirsiniz, şər-böhtan atıb, insanlara zülm edirsiniz! Gör nə qədər azğınlaşmısınız ki, hətta, Ramazan ayına belə məhəl qoymadan öz azğınlıqlarınızı davam etdirirsiniz!

Bugünkü yanğın hadisəsi ilə Rəbbim bir daha sizləri dayanmağa, düşünüb ibrət almağa, zülümdən, şərdən-böhtandan əl çəkməyə çağırır. Ömrünüzün yarıdan çoxunu şərə-böhtana günahlara, zülmə... həsr etmisiniz; nə qazanmısınız? Deyəcəksiniz ki, bir qarın çörək. Ətrafınıza baxın: üzə durmadan, kimsəyə şər-böhtan atmadan, haram yemədən, zülm etmədən... yaşayan, həmin o bir qarın çörəyi sizdən daha şərəfli qazanan nə qədər insanlar, xalqlar var. Onlar acından ölürlərmi? Ölmürlər! Deməli həmin bir qarın çörəyi şərəflə, namusla da qazanmaq olar. Elə isə dayanın! Heç olmasa Ramazan ayında da olsa günahlarınıza fasilə verin! Düşünün! Dünyada, Azərbaycanda baş verən faciələrdən, gələn bəlalardan ibrət alın! Əgər siz günahlarınıza bu şəkildə davam edərsinizsə, onda əməllərinizin cəzası olaraq gələn bəlalar daha da artacaq, canınızı qurtarmağa yer axtaracaqsınız! Rəbbim buyurur: “Biz heç kəsə zülm etmirik, insan zülmü özü (günahları ilə) qazanır”.

İnsan alın yazısını əslində özü yazır: başqalarına nə ediriksə, qarşımıza gec-tez o çıxır. Tövbə edib, yaxşı işlər görəyin ki, qarşımıza da xeyir çıxsın.

52c03736af999026b4085f12f48c71e5.jpg (30 KB)

Dr. Paşa Yaqub - elmi-lədun bilicisi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR