İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Vladimir Putin Federal Məclisə müraciətlə çıxış edəcək

Bu gün Rusiya prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətlə çıxış edəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, mərasim Moskva vaxtı ilə günorta saatlarında başlayacaq.

Prezidentin ölkədəki vəziyyətə, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair Federal Məclisə müraciəti strateji məqsədlərin, sosial-iqtisadi inkişafın prioritetlərinin müəyyən edilməsi və Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. Tədbirin formatı ənənəvidir, konstitusiyada təsbit edilmişdir.

Xatırladaq ki, Vladimir Putin müraciəti Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü ərəfəsinə təsadüf edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR