Onlayn ictimai-siyasi qəzet
Daşkəsəndə selə düşən 23 yaşlı oğlan ölüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.
Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ