Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək.
"Report"un məlumatına görə, XXIV turda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək.
Qarşılaşma "Rams Park"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Komandalar Superliqa tarixində 135 dəfə üz-üzə gəliblər. Bunların 53-də qonaqlar, 38-də "sarı-qırmızılar" qalib gəlib, 44 qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, "Qalatasaray" 63 xalla liderdir. "Fənərbağça" 57 xalla ikinci pillədə qərarlaşıb.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ