İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Fransanın yeni baş naziri təyin edilə bilər

Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin yeni baş nazirinin təyinatı ilə bağlı qərar verə bilər.

Bu barədə LCI telekanalı məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti hökumət başçısı vəzifəsinə müxtəlif namizədləri nəzərdən keçirməkdə davam edir. Potensial namizədlər arasında keçmiş Avropa komissarı və Böyük Britaniyanın Avropa İttifaqından çıxışı (Brexit) üzrə danışıqlarda birliyin sözçüsü olan Mişel Barnyenin adı var.

Makron üçün əsas meyarlardan biri əsas siyasi qüvvələrin yeni kabinetə etimadsızlıq votumu təqdim etməkdən imtinası ilə bağlı konsensusdur. Hazırda “Yeni Xalq Cəbhəsi” sol koalisiyasından olan deputatlar hələ də təklif etdikləri namizəddən – Lüsi Kastedən başqa hər hansı bir namizədi bloklamaqla hədələyirlərsə, ən böyük birpartiyalı “Milli Birlik” qrupu və onu dəstəkləyən Erik Syottinin başçılıq etdiyi respublikaçılar Barnye haqqında hələ birmənalı fikir bildirməyiblər.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR