Onlayn ictimai-siyasi qəzet
Yaponiya hökuməti cənub-qərbdəki Kyuşu adasında uzaqmənzilli raketlər yerləşdirməyi nəzərdən keçirir.
Bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.
Vurğulanıb ki, xəbərlər yerli sakinlər arasında raketlərin potensial düşmənin hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıq yaradır. Söhbət təxminən 1000 km-ə çatan “Yer-gəmi” tipli “Tip-12” raketlərinin modernləşdirilmiş variantından gedir.
Raketlər Kyuşuya yerləşdirilərsə, Koreya Xalq Demokratik Respublikasının və Çinin sahilyanı əraziləri uçuş məsafəsində olacaq. Tyerləşdirmənin təxminən 2026-cı ilin martında başlaması gözlənilir.
Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, Yaponiya hökumətinin bu cür raketləri Çinə daha yaxın olan Okinavada yerləşdirməsi ehtimalı azdır, çünki bu, Pekinlə münasibətlərdə gərginliyi artıra bilər./Report
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ