İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ - Qaz olmayacaq

Sumqayıtın bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, buna səbəb kimi Corat qəsəbəsində ŞQTM-in quraşdırılması və Corat bağlarına çəkilmiş d108mm-lik küçə qaz xəttinin mənbəyə qoşulması göstərilir.

6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR