İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə polislər fasiləsiz xidmətə keçdi - FOTOLAR

Hava şəraiti ilə əlaqədar əhalinin çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər çıxarılıb.

Respublikanın bütün turizm zonalarına — çimərliklərə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.

Hazırda xidmət davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR