İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Musavat.com Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə iyunun 24-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramanı, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR