İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu Dövlət Xidmətinə yeni mətbuat katibi təyin olunub

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni mətbuat katibi təyin olunub.

Musavat.com-un xəbərinə görə, bu gün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni mətbuat katibi KİV nümayəndələrinə təqdim olunub. Görüşdə yeni təyin olunmuş sözçü Saida Əhmədova Xidmətdə yeni yaradılan mətbuat katibliyinin fəaliyyəti barədə məlumat verib.

S.Əhmədova ixtisasca jurnalist, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov xidmətin istiqamətləri, vəzifələri və səlahiyyətləri ilə bağlı təqdimatla çıxış edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR