Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Azərsilah Holdinqdə ölkənin ilk yerli lazer silahı istehsal edilib.
“Fireforce” adlanan silah bütün yerli hissələri ilə birlikdə azərbaycanlı mühəndislər tərəfindən Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib.
Bir kilometrə qədər olan hədəfləri vura bilən 900 kiloqram çəkili silah yüngül zirehli maşına quraşdırılıb. 30 kilovat gücə malik silah quru, hava və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.
Azərbaycanın ilk lazer silahı olan “Fireforce”un konstruktoru Valeh Arifzadə bildirib ki, silahı 2 ay kimi qısa müddətdə hazırlayıblar.
Onun sözlərinə görə, “Fireforce” rəqibləri ilə müqayisədə daha yığcamdır:
“Lazer silahları normalda nəm, toz və buxardan təsirlənir və gücünü itirir. Silahımızın elə problemi yoxdur. Hələlik 1 kilometr vuruş məsafəsi var, amma 10 kilometrə çatdırmağı planlaşdırırıq, zaman keçdikcə silahımızı təkmilləşdirəcəyik. Bütün hissələri özümüz hazırlamışıq və patent dövlətimizə məxsusdur”./Ölkə.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ