İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bürclərin nəfsləri sizi MƏHV EDƏR - Ahlarını ALMAYIN

Bəzi bürclər var ki, onları qəzəbləndirmək başqalarına baha başa gələ bilər. Bu bürclərin ahını götürməmək üçün onları razı salmaq, vəziyyətdən yeganə çıxış yoludur.

Nəfsləri ilə tanınan bürclər haqqında astroloqların məlumatını təqdim edirik:

Astroloqlar deyir ki, Qız bürcləri pis gözləri ilə belə yollarınızı dəyişə bilər. Çünki Qızlar onlara qarşı edilən səhvləri unutmurlar.

Əgər eşq həyatında qarşı tərəf onlara qarşı kiçik bir səhv edərsə, həmin insanın sevgi həyatı sona çata bilər. Odur ki, çalışın Qız bürcü ilə ziddiyyətdə olmayın. Bu onların ah-nalələrindən qaçmağın yeganə yoludur.

Balıqlar həmişə səbirli və ehtiyatlı olsalar da, bir dəfə əsəbiləşdikdə geriyə dönüş olmur. Onların kədərindən yaranan ah-nalələrinin təsiri güclü olur. Aldadılmaq və ya ruhdan düşmək kimi vəziyyətlərdə Balıqlar qədər inildəyən bəlkə də ikinci bir bürc yoxdur. Onlarla ünsiyyət qurarkən diqqətli olmaq, ah çəkməmək, onları xoşbəxt etmək lazımdır. Bu bürclərlə qarşılaşdığınız zaman onlara necə davranacağınızı bilsəniz, ah çəkməyin təhlükələrindən qaça bilərsiniz.

Nadir hallarda Dolçalar ah çəksələr də, bu zaman həyat həmin adam üçün çətinləşir. Dolça bürcünə toxunan insanlar ürəklərini sevindirmək üçün əlavə səy göstərməklə ahlardan sığortlanmaq olar.

Hər zaman olmasa da, qarğışlarının təsiri olan daha bir bürc də Əkizlərdir. Əkizlərin qəlbini qıran, onları incidənlər düşünməlidirlər ki, yaşatdıqlarını yaşamadıqları təqdirdə Əkizlərin ah-naləsi onların üzərində qara bulud kimi dolaşacaq.

 Ümumiyyətlə, nəyin ki, kosmik fəzada bürclər arasında, bütövlükdə qarşı tərəfin ah-naləsinə səbəb olmaq yaxşı hal sayılmır. Bu dünyanın qanunauyğunluqlarına zidd olduğu üçün bir gün edilən hər neqativ enerji sahibinə qayıda bilər.(Metbuat.az )

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR