Onlayn ictimai-siyasi qəzet
Şəhərsalma üzrə mütəxəssis Derya İşeri Tokat və ətraflarında 7 bal gücündə zəlzələ baş verərsə, şəhərdəki binaların yüzdə 60-nın çökə biləcəyini bildirib.
Bələdiyyə məlumatlarına görə, 4 min riskli bina müəyyən edilib.
"İnsanlar öz maraqlarına uyğun hərəkət etməkdənsə, can və mal təhlükəsizliyini nəzərə alaraq tez hərəkət etməlidirlər. Hazırda Tokatda baş verə biləcək zəlzələdə ciddi risklər var. Bununla əlaqədar görüləcək işlər sürətləndirilməlidir", - Derya deyib.
Hazırda Tokatda 40 ildən çox yaşı olan binalar var. Bunlarla bağlı heç bir araşdırma aparılmır. Buna səbəb ev sahiblərinin etirazıdır.//Publika.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ