İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, azərbaycanlıların düşdüyü tələdir - Aqşin Yeniseydən MARAQLI AÇIQLAMA

Ölkənin ən böyük audio kitab şəbəkəsi - AUDİOKİTAB mobil tətbiqi məşhur yazar Aqşin Yeniseyin “Soyuğa inansan, donacaqsan” audio kitabının təqdimatını keçirib.

Musavat.com xəbər verir ki, yeni kitabın məzmununa uyğun olaraq Winter Park Hoteldə keçirilən görüş zamanı oxucuların suallarına cavab verən Aqşin Yenisey tərbiyə və əxlaqın fərqindən danışıb.

“Bildiyimiz tərbiyə meyarlarına cavab verməyən, amma yaradıcılıqları ilə dünya mədəniyyətinin inkişafına təkan vermiş neçə dahi var. Əxlaq zahiri bər-bəzəkdən uzaq, tərbiyədən qat-qat daha dərin dəyərdir…” - o deyib.

WhatsApp Image 2022-12-04 at 22.17.51.jpeg (184 KB)

Aqşin Yeniseyin Audiokitab mobil tətbiqində yer alan kitabı kütləvi satışa çıxmayan esselər toplusudur.

“Fikirlərimlə yeni düşüncə pəncərələri açıram” deyən müəllifin seçdiyi hər mövzu həqiqətən də qızğın müzakirələrə təkan verir. Bu baxımdan yeni layihənin ədəbi çevrədə böyük rezonans doğuracağı şübhəsizdir.

Aqşin Yeniseyin fikrincə, audiokitablar kağız kitabları sürətlə əvəzləyəcək və bu yaxın gələcəyə hazır olmaq baxımından Audiokitab mobil tətbiqinin xidmətləri yüksək dəyərləndirilməlidir.

Oxuculardan birinin “esselərinizin, şeirlərinizin audio təqdimatını bəyənirsinizmi?” sualına Aqşin Yeniseyin cavabı belə olub:

WhatsApp Image 2022-12-04 at 22.17.50.jpeg (192 KB)

“Bəzi şairlərdən fərqli olaraq, mən öz yazdıqlarımı səsləndirə bilmirəm. Hətta indi hansısa şeirimi oxusam, bəlkə, hamı buranı tərk edər. Ona görə də, yaradıcılığımı oxucuya gözəl səslə, ifadəli tərzdə çatdıran hər qiraətçiyə minnətdaram”.

Təqdimatdan dərhal sonra “Soyuğa inansan, donacaqsan” kitabı Auduiokitab Mobil tətbiqinə yüklənib.

Aqşin Yeniseyin orijinal fikirlərini, mülahizələrini və maraqlı tədqiqatlarını bu gündən etibarən mobil tətbiqə abunə olan hər kəsin dinləmək imkanı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR