Onlayn ictimai-siyasi qəzet
Bu ay Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 40 blok qatarının göndərilməsi planlaşdırılır.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müzakirələr səhmdar cəmiyyətinin nümayəndə heyətinin Çinə səfəri zamanı olub.
"Görüşlərdə Orta Dəhlizlə daşınan yüklərin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu ilin sonuna qədər 250-dən çox blok qatarının göndərilməsi gözlənilir. Bu o deməkdir ki, ayda 50 blok qatarının dəhlizlə göndərilməsi planlaşdırılır", - deyə R.Rüstəmov əlavə edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ