İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu Avropa ölkəsi çirkli pulların yuyulması siyahısında

Çirkli Pulların Yuyulmasına Qarşı Tədbirlər üzrə İşçi qrupu - FATF (Financial Action Task Force) "boz siyahı"ya dəyişiklik edib.

Musavat.com-un xəbərinə görə, Qrupun yaydığı açıqlamadan aydın olur ki, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ehtimalına görə gücləndirilmiş monitorinq edilməli ölkələrin siyahısından Albaniya, Kayman adaları və İordaniya çıxarılıb, Bolqarıstan isə əlavə olunub.

FATF terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlı əks-tədbirlərin görülməsi zəruri olan ölkələrdən ibarət "qara siyahı"ya dəyişiklik etməyib - orada Şimali Koreya və İran var.

Qeyd edək ki, Ukraynada işğalçı müharibəni başlayandan bəri çoxsaylı ölkələr Rusiyanın "boz siyahı"ya salınmasını tələb edirlər. Bu siyahıda olan ölkələrdən həyata keçirilən bütün maliyyə əməliyyatları FATF-ın sərt tələbləri əsasında yoxlamalardan keçirilir. Rusiya son aylarda dəfələrlə Qrup üzvü olan tərəfdaşlarına adının "boz siyahı"ya salınmasına imkan verməmələri üçün müraciət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR