Onlayn ictimai-siyasi qəzet
İrəvanda Xarici İşlər Nazirliyinin binasının qarşısında polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Musavat.com Ermənistan mediasına əsasən xəbər verir ki, bu ölkənin polisi etirazçılara son xəbərdarlıq edib. Bildirilir ki, etirazçılar aksiyalarını dayandırmasalar, xüsusi vasitələrdən istifadə olunacaq. Tərəflər bir-birinə butulka atırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb.
Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, İrəvandakı “Müqəddəs Anna” kilsəsinin həyətində etirazçılardan biri digərinə kəsici alətlə zərbə endirib. Bildirilib ki, şübhəli şəxs saxlanılıb, xəsarət yetirdiyi alət müsadirə olunub. Polis tərəfindən aparılanlar arasında deputat Qarnik Danielyan da var.
Gündəmin ikinci hadisəsi Ukrayna müharibəsidir. Nüfuzlu "Politico" nəşri Baydenin Ukraynaya ABŞ istehsalı silahlarla Rusiya ərazisinə zərbə endirməyə "gizli" razılıq verməsi barədə məlumat yayıb.
Almaniya hökuməti də Ukraynaya verdiyi silahları Rusiyadakı hərbi hədəflərə qarşı istifadə etməyə icazə verir. Musavat.com bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit deyib.
İndiyədək Berlin Ukraynaya verdiyi silahların Rusiya ərazisinə qarşı istifadəsinə icazə vermirdi. Finlandiya Prezidenti Aleksandr Stubb da deyib ki, Ukraynanın Qərbdən aldığı silahlardan Rusiya ərazisinə hücum üçün istifadə edilməsi məqbuldur.
Kreml isə Baydenin Kiyevin Rusiya Federasiyası ərazisini Amerika silahları ilə vurmasına “icazə” verməsindən xəbərsizdir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kiyev artıq Rusiya Federasiyasının ərazisinə Amerika istehsalı olan silahlarla zərbələr endirməyə çalışır.
“Biz bilirik ki, ümumiyyətlə, Amerika istehsalı olan silahlarla artıq Rusiya ərazisinə zərbə endirilməyə çalışılır. Bu, ABŞ-nin bu münaqişədə iştirakının dərəcəsini daha açıq-aydın nümayiş etdirir”, - deyə Peskov bildirib.
Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan Dmitri Medvedev növbəti nüvə təhdidi ilə çıxış edib.
Qərb ölkələrinin Ukraynaya öz silahları ilə Rusiya ərazisini vurmağa icazə verməsi Medvedevi öz “hədə-qorxu dozası”nı bir qədər də artırmağa vadar edib. Sabiq prezident Rusiyanın təkcə taktiki deyil, həm də strateji nüvə silahına əl atacağını bəyan edib.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Turab Rzayevlə Ermənistan hadisələrini və Rusiya ərazilərinin vurulmasına icazə verilməsini müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ