İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel və Kişinyov Moldovanın inkişafına dəstək üçün 1,9 milyard avroluq plan imzalayıb

Moldova və Avropa İttifaqı ölkə üçün 1,9 milyard avroluq inkişaf planı imzalayıblar ki, bunun da böyük hissəsi kredit, bir hissəsi isə qrant kimi təqdim olunacaq.

Bu barədə “Report” “European Pravda” nəşrinə istinadən xəbər verir.

“Mayın 9-da Moldovanın Baş naziri Dorin Reçan və genişlənmə üzrə Avropa komissarı Marta Kos Aİ-də 2025-ci ilin martında qəbul edilmiş 1,9 milyard avroluq Moldovanın İnkişaf Planını imzalayıb. Paket üç il ərzində ölkəyə 1,5 milyard avro kredit və təxminən 400 milyon avro qrant verilməsini nəzərdə tutur”, - məlumatda bildirilir.

Vəsaitlər sosial-iqtisadi islahatları sürətləndirmək, dayanıqlılığı gücləndirmək və Moldovanın Avropaya inteqrasiyasını təşviq etmək üçün istifadə olunacaq.

“Bu plan Moldova üçün bu günə qədər ən böyük dəstək paketimizdir, firavan və azad Moldovanın İttifaqımızda möhkəm şəkildə “məskunlaşmasını” istədiyimizə dair aydın siqnaldır”, - Marta Kos deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR