İnsanlara hürriyət, millətlərə istiqlal!

Britni Spirsin memuarları bir günün içində bestseller oldu

Amerikalı müğənni Britni Spirs bu ilin oktyabrında "İçimdəki qadın" (The Woman in Me) adlı xatirələrini nəşr etməyə hazırlaşır, lakin kitab indidən bestsellerə çevrilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə pagesix.com saytı məlumat yayıb. 

Kitab üçün hazırlanan press-relizdə vurğulanır ki, memuar “azadlığın, şöhrətin, analığın, sağ qalmanın, imanın və ümidin cəsarətli və təsirli hekayəsidir”.

Müğənni İnstaqram səhifəsində kitabı öncədən sifariş etmək imkanını açıqlayıb. Elandan 24 saat keçməmiş hələ nəşr olunmamış nəşr "Amazon"un bestsellerlər siyahısında birinci yeri tutub və qiyməti məşhur marketinq hiyləsi ilə 32,99 dollardır, 33 dollar deyil.

Qeyd edək ki, Britni Spirs qalmaqalları və qeyri-adi yaşam tərzi ilə məşhurdur. Görünür, dünyanın hər yerində olduğu kimi, ABŞ-da da oxucular bu məşhur qadının şəxsi həyatının incəliklərinə öyrənmək üçün təşnə halına gəliblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR