İnsanlara hürriyət, millətlərə istiqlal!

Britanya müdafiə büdcəsini artıracaq- Rusiyadan gələn təhdidlərə görə

Britanya Rusiyadan gələn təhlükə səviyyəsinin artması fonunda müdafiə büdcəsinə yenidən baxacaq.

Azpost.info xəbər verir ki, bu barədə NATO-dan olan həmkarları ilə görüşmək üçün Brüsseldə olan müdafiə naziri Ben Uolles bildirib.

“Mən burada təhlükənin artdığını açıq şəkildə söylədim və təhlükə artdıqda, nə qədər xərcləməyə hazır olduğumuzu yenidən nəzərdən keçirməliyik”, – nazir deyib.

O qeyd edib ki, müdafiə xərclərinin artması ilə bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparır.

Uolles tələb etdiyi vəsaiti almadığı təqdirdə istefa verəcəyi ilə bağlı xəbərləri təkzib edib. “Biz istefadan və ya başqa bir şeydən danışmırıq. Söhbət təhlükədən qorunmaqdan gedir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR