Onlayn ictimai-siyasi qəzet
Xərçəng xəstəsi olan Böyük Britaniya kralı III Çarlzın vəziyyəti müsbət dinamika nümayiş etdirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "PA Media" agentliyi məlumat yayıb. Bildirilir ki, monarxın sağlamlığı əsas prioritet olaraq qalır.
III Çarlzda xərçəng xəstəliyinin olması fevralın 5-də məlum olub. Kral hazırda müalicə alır və bu müddət ərzində ona ictimai tədbirlərdən yayınmaq tövsiyə olunub.
Daha əvvəl III Çarlz xərçəng xəstəliyinin müalicəsi səbəbindən dad hissini itirdiyini söyləyib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ