İnsanlara hürriyət, millətlərə istiqlal!

“Britaniyalı əsirlərin taleyi Consonu qətiyyən maraqlandırmır” – Rusiya XİN

“Britaniyanın baş naziri Boris Consonu əsir götürülən britaniyalı muzdluların taleyi qətiyyən maraqlandırmır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Teleqram” kanalında bildirib. Zaxarova bu açıqlaması ilə Britaniya liderinin əsir götürülən Britaniya vətəndaşlarına mərhəmətli davranmaq xahişinə cavab verib.

Onun sözlərinə görə, Britaniya hökuməti Britaniya təbliğatının qurbanı olmuş və insanları öldürmək üçün Ukraynaya muzdlu əsgər kimi gedən vətəndaşlarından əlini çəkib. Xatırladaq ki, Boris Conson ingilis əsirlərin muzdlu deyil, Ukrayna ordusunun əsgərləri olduğunu deyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR