İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı diplomat Putini ələ saldı: "Onun nüvə şantajı..."

“Rusiya hətta nüvə şantajına belə əl atsa da, beynəlxalq tərəfdaşlar tərəfindən Ukraynaya dəstəyi zəiflədə bilməyəcək”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Karyuki deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahının yerləşdirilməsi barədə açıqlaması növbəti qorxu və güc tətbiqi cəhdidir.

“Bu, əvvəllər də işləmirdi və gələcəkdə də işləməyəcək. Biz Ukraynanın özünümüdafiə səylərini dəstəkləməyə davam edəcəyik”.

O, həmçinin qeyd edib ki, müharibə zamanı nüvə silahı mövzusu ilə manipulyasiyaya yalnız Rusiya əl atıb: “Biz Ukrayna xalqını qətiyyətlə dəstəkləyəcəyik və Rusiyanı gərginliyi azaltmağa çağıracağıq. Bu qanunsuz və əsassız işğal dayandırılmalıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR