İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb

May ayının nəticələrinə görə, Böyük Britaniyada inflyasiya illik ifadədə 9,1 faiz artib ki, bu da son 40 ilin ən yüksək göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın Milli Statistika Xidmətinin yayımladığı hesabatda yer alıb. Aprel ayında isə istehlak qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz bahalaşıb.

Mütəxəssislərin fikrincə, inflyasiya əsasən Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Avropada enerji böhranına səbəb olması, həmçinin Böyük Britaniyada elektrik enerjisinin və yanacağın qiymətinin bahalaşması ilə bağlıdır.

Mart ayında Londondakı İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın həyat standartlarında 1950-ci illərdən bəri ən böyük enişin ola biləcəyi barədə xəbərdarlıq eetmişdi.

İngiltərə Bankının son hesablamalarına görə, payızda ölkədə inflyasiya səviyyəsi 11 faizə yüksələ bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR