İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada 22 yaşlı gənc deputat SEÇİLDİ

Britaniyada 2002-ci il təvəllüdlü Sem Karlinq şimal-qərbi Kembricşir bölgəsindən Leyboristlər Partiyasının deputatı seçilib.

AZƏRTAC xəbər verir ki, bununla da o, Britaniya parlamentindəki ən gənc deputat ünvanına yiyələnib.

Kembric Universitetinin məzunu olan Sem Karlinq rəqibi - Mühafizəkarlar Partiyasının təxminən 20 ildir həmin bölgə üzrə deputatı Şaileş Varadan 39 səs çox toplayıb.

Sem Karlinq qələbəsini “siyasi zəlzələ” adlandırıb və daha çox gəncin dövlət vəzifələrində çalışacağına ümid etdiyini bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR