İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya XİN: “NATO Rusiyanı heç vaxt təhdid etməyib”

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.

Musavat.com-un Oxu.az-a istinadla xəbərinə görə, “NATO açıq şəkildə bildirir ki, biz müdafiə ittifaqıyıq. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir”, - Britaniya XİN rəhbəri bəyan edib.

Kleverli vurğulayıb ki, NATO-ya daxil olan ölkələr bunu könüllü edirlər və bunda heç bir məcburiyyət yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR